Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə bağlı keçirilən etiraz aksiyalarının iştirakçılarının çadır düşərgəsi yığışdırılıb, İrəvanda Marşal Baqramyan prospekti boyu nəqliyyatın hərəkəti bərpa edilib.

Onlar “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanın düşərgənin başqa yerə köçürülməsi ilə bağlı bəyanatından sonra gecə saatlarında çadır düşərgəsini yığışdırmağa başlayıblar.

İstinadlar Report