“İrəvan apteklərində Azərbaycandan gələn dərman preparatları satılır”.

Bu barədə İrəvan sakini Kara Avetisyan öz feysbuk hesabında yazıb. O qeyd edib ki, İrəvanda bir aptekdən aldığı dərmanın qutusunun içindən azərbaycanca təlimat kağızı çıxıb.

“Bu gün dərman alıram və içində Azərbaycan dilində bir təlimat kağızı var”,- deyə Avetisyan qeyd edib.

Dərmanın Ermənistana qaçaqmalçılıq yolu ilə gətirildiyi ehtimal olunur.

“Verelq-am” saytı bildirir ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin olmamasına baxmayaraq Azərbaycandan gələn dərmanların satılması, dərmanların qeydiyyatı və etiketlənməsi Ermənistan qanunvericiliyinin tələblərinin pozulması deməkdir.

İstinadlar Qafqazinfo