“İrəvan Avtobus” QSC-nin sürücüləri tətil elan edib və bu gün işə çıxmayıblar.
Ilkin məlumata əsasən, onlar iş şərtlərinə və əmək haqqına yenidən baxılmasını tələb edirlər.
Eyni zamanda, İrəvanın müxtəlif inzibati rayonlarındakı dayanacaqlarda növbələr yaranıb, vətəndaşlar nəqliyyatı uzun müddət gözləyirlər.
Paytaxt meriyası problem barədə məlumatlı olduqlarını, məsələ ilə məşğul olduqlarını və tezliklə bəyanatla çıxış edəcəklərini bildirib.