Ermənistanın paytaxtı İrəvanda bütün metro stansiyalarına giriş bağlanıb.

Buna səbəb hazırda paytaxtda davam edən etiraz aksiyası fonunda insanların toplaşmasının qarşısını almaqdır.

Metro bağlanmazdan əvvəl etirazçılar “Eritasardakan” metro stansiyasında aksiya keçirib və qatarların hərəkətinə mane olub.

Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən paytaxt İrəvanda və ölkənin digər ərazilərində etiraz aksiyaları keçirir. Etirazçılar Baş nazir Nikol Paşinyanın və cari hökumətin istefasını tələb edirlər. Bugünkü aksiya zamanı təqribən 280 aksiya iştirakçısı saxlanılıb.

İstinadlar Qafqazinfo