İrəvan və Moskva dekabrın ortalarında Rusiya telekanallarının Ermənistandakı fəaliyyətini müzakirə edəcəklər.

Bu barədə “Armenpress”ə Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan bu məqsədlə Rusiya tərəfinə rəsmi müraciət edib: “Telekommunikasiya sahəsində dövlətlərarası sazişin 4-cü və 5-ci bəndlərinin pozulması, habelə saziş üzrə əldə edilmiş öhdəliklərin yerinə yetirilməsi məsələsi üzrə məsləhətləşmələr dekabrın ortalarında planlaşdırılır”.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Teleradio Komissiyası Rusiya televiziya kanallarının respublika ərazisində yayımı haqqında sazişin müddəalarının pozulması faktını aşkarlamışdı.

İstinadlar Report