Fevralın 12-də İrəvanın vitse-meri Armen Pambuxçyan “Şimal-Cənub” yolunun bir hissəsini bağlayan “Qələbə” məhəlləsinin sakinləri ilə görüşəcək.

Gözlənilən görüş barədə merin mətbuat katibi Hayk Kostanyan sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, məhəllə sakinləri onilliklər boyu öz torpaq sahələri üzərində mülkiyyət hüququ məsələsinin həllini gözləyiblər. Proses praktiki müstəviyə keçib: 2022-ci ildən mülkiyyət aktları əsasında 96 qərar qəbul edilib. Bu ilin yanvarında mer Tiqran Avinyan artıq sakinlərlə görüşüb, keçən həftə isə onları Pambuxçyan qəbul edib və o, fevralın 12-də təkrar görüş keçirəcək.

İstinadlar Report