İrəvan və Moskva Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhədindəki 17 dislokasiya məntəqəsindən çıxarılması məsələsini müzakirə etməyə başlayıb.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Buraya Nerkin Xand, həmçinin Sisian və Qorisdəki bazalar da daxildir”, – o əlavə edib.

“Onlar bunu qəbul etdilər və soruşdular ki, biz onların Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədlərini tərk etmələrini istəyirikmi? Cavab verdik ki, onların bu ərazilərdə yerləşdirilməsi razılaşma yolu ilə həyata keçirilir”, – A.Qriqoryan vurğulayıb.

İstinadlar Report