İrəvan metrosunda xuliqanlıq əməli törətməkdə şübhəli bilinən beş əcnəbi saxlanılıb.

Onlar “Baqrataşen” nəzarət-buraxılış məntəqəsini keçməyə cəhd edərkən polis və Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşları tərəfindən saxlanılıblar.

“Saxlanılan şəxslər və tərtib edilmiş sənədlər Erebuni və Nubaraşen inzibati rayonlarının istintaq şöbəsinə təqdim edilib”, – birgə məlumatda deyilir.

Qeyd edək ki, fevralın 1-i axşam saatlarında İrəvan metrosunda xarici vətəndaşların iştirakı ilə insident baş verib. Maşinist dispetçerə qeyri-standart vəziyyətin yarandığı barədə məlumat verib – “Zoravar Andranik” stansiyasından “Sasuntsi David” stansiyasına qədər olan yolda bir sərnişin “stop-kran”ı dartıb, daha sonra 4-5 nəfər maskalı şəxs qatara yaxınlaşaraq vaqonları rəngləməyə başlayıb.

İstinadlar Report