Ermənistanın paytaxtı İrəvan şəhərində metro texniki səbəblərə görə işləməyəcək.

Bu barədə metronun mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Qeyd olunub ki, metro gün ərzində sərnişinlər üçün əlçatan olmayacaq.

“Hörmətli sərnişinlər, nəzərinizə çatdırırıq ki, texniki nasazlıqlara görə bu gün İrəvan metrosu bağlanacaq”, – məlumatda deyilir.

İstinadlar Report