“Ermənistan tərəfi eyni ssenarini təkrarlayır”.

Bunu Azərbaycan XİN-in rəsmi sözçüsü Leyla Abdullayeva öz rəsmi tviter hesabında yazıb.

Onun sözlərinə görə, Ermənistan atəşkəsi pozur, Azərbaycan tərəfi adekvat tədbirlər gördükdə qarşı tərəfdən ittihamlar səsləndirilir. 

O, bildirib ki, bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir: “Ermənistandan fərqli olaraq, Azərbaycan gərginlikdə maraqlı deyil”.

 

İstinadlar Qafqazinfo