
İrəvan Sərhəd Qoşunlarını Ermənistan-Azərbaycan sərhədinin Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı hissəsinə yerləşdirir.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) bəyanatında deyilir.
Məlumata görə, qurumun Sərhəd Qoşunları Tavuş vilayətinin Kirants kəndi ərazisində dövlət sərhədinin mühafizəsi üzrə təlimlər keçirir.