İraqın şimalındakı mağaralardan birində terrorçularla döyüşün gedişatında Türkiyənin xüsusi təyinatlı dəstəsi PKK-nın 6 silahlısını zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

“Avaşin-Basyan ərazisində mağaralardan birində keçirilən əməliyyatın gedişatında daha bir PKK terrorçusu zərərsizləşdirilib. Beləliklə, Türkiyənin xüsusi təyinatlı dəstəsinin zərərsizləşdirdiyi terrorçuların sayı 6 nəfərə çatıb”, – xəbərdə deyilir.

Qeyd edilir ki, Avaşin-Basyanda terrorçuluğa qarşı əməliyyat davam edir.

İstinadlar Report