İraqın Kərkük vilayətinin şimalında partlayış baş verib, federal polisin 8 əməkdaşı ölüb.
Bu barədə “Rudaw” telekanalı məlumat yayıb.
Silahlıların bir neçə polis avtomobilinin marşrutu boyunca yerləşdirdiyi partlayıcı işə düşüb.
Ölənlər arasında Daxili İşlər Nazirliyinin qüvvələrinin zabiti də var.
Hadisə baş verən vaxt polis əməkdaşları Əl-Xuveyca kəndi yaxınlığındakı ərazidə patrul aparırmış.





