İraqın baş naziri Məhəmməd əl-Sudani Bağdadda “Lukoyl” şirkətinin təsisçisi, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının direktorlar şurasının üzvü Vahid Ələkbərovu qəbul edib və onunla Rusiya konserninin ölkədəki fəaliyyətini müzakirə edib.

Bu barədə İraq Nazirlər Kabinetinin rəhbərinin ofisinin bəyanatında deyilir.

Tərəflər “Lukoyl”un fəaliyyət göstərdiyi “Qərbi Qurna 2” və “Eridu” neft yataqlarının işlənməsi planlarını, Rusiya şirkətinin İraqın milli hərtərəfli enerji layihələrində iştirakı və lisenziyalaşdırmanın yeni mərhələlərini müzakirə ediblər.

“Lukoil” 2014-cü ildən İraqın cənubundakı “Qərbi Qurna 2” yatağında hasilatla məşğuldur. Belə ki, 12 dekabr 2009-cu ildə “Lukoil” dünyanın ən böyük yataqlarından biri olan “Qərbi Qurna-2” yatağının işlənməsi hüququ üçün tenderin qalibi olub. İki aydan sonra “Qərbi Qurna-2″də işlənmə və istehsal xidmətlərinin göstərilməsi üçün müqavilə imzalanıb.

İstinadlar Report