İraqın paytaxtı Bağdadda etirazçılar siyasi böhranı həll etmək üçün ölkə rəhbərliyinə oktyabrın 25-dək vaxt veriblər.

Bu barədə “Əl-Hədas” telekanalı məlumat yayıb.

Etirazçılar hakim elitaya partiyalararası çəkişmələri dayandırmaq və siyasi böhrana son qoymaq tələbi ilə müraciət ediblər. Əks halda, onlar həm ölkə paytaxtında, həm də əyalətlərdə etiraz hərəkatını gücləndirəcəklər.

Oktyabrın 1-də Bağdadın mərkəzində “Tişrin hərəkatı”nın üçüncü ildönümünə təsadüf edən mitinqlər keçirilib. Təhlükəsizlik qüvvələri izdihamı dağıtmaq üçün gözyaşardıcı qaz və qumbaralardan istifadə etməli olub. Əsasən Ət-Təhrir meydanında qeydə alınan atışmalar nəticəsində 42 hüquq-mühafizə orqanı əməkdaşı və 20 mülki şəxs də yaralanıb.

İstinadlar Report