İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun hərbçisi həlak olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Vedat Zorba dünən terror təşkilatının üzvləri tərəfindən qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində ağır yaralanaraq xəstəxanaya aparılıb. Lakin görülən tədbirlərə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

İstinadlar Report