İraqda partlayış nəticəsində onlarla insan xəsarət alıb.

Məlumata görə, hadisə Babil ərazisində baş verib. Əl-Müseyib bazarında bomba yüklənmiş motosiklet partladılıb. Nəticədə 28 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

İstinadlar Report