İraqda ölkə konstitusiyasının dəyişidirilməsi ilə bağlı ümumxalq konfrans keçiriləcək.

Bu barədə ölkə prezidenti Bərhəm Saleh qəbilə başçıları ilə görüşündə bildirib.

Xatırladaq ki, oktyabrın 1-də Bağdadda yoxsulluğa, işsizliyə və korrupsiyaya qarşı başlayan, daha sonra hökumətin istefası tələbi ilə bir çox əyalətləri bürüyən kütləvi etiraz aksiyaları ölkədə köklü islahatlar məsələsini gündəmə gətirib.

Qeyd edək ki, dinc tərzdə başlayan mitinq və nümayişlər tezliklə polislə toqquşmalara çevirilib. Bütövlükdə ölkə boyu keçirilən etiraz aksiyaları zamanı 100-dən artıq adam ölüb, 6 mindən çox xəsarət alan var.

Bu arada islahatlara başlamaq istəyində olduqlarını açıqlayan ölkənin baş naziri Ədil-Əbdül Mehdi həmçinin korrupsiya ilə bağlı araşdırmalarda geniş səlahiyyətlərə malik məhkəmə yaradılmasını təklif edib.

İstinadlar Report