İraq Hərbi Hava Qüvvələri paytaxt Bağda şəhərinin qərbində İŞİD terror qruplaşmasının 6 silahlısını məhv edib.

Qeyd olunub ki, ordu tərəfindən reydlər Ənbar vilayətinin səhra ərazilərindən birində həyata keçirilib.

Radikal qruplaşmanın üzvləri beynəlxalq koalisiyanın kəşfiyyat təyyarəsi tərəfindən izlənilib, bundan sonra alınan məlumat əsasında İraq Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcıları ekstremistlərin gizləndiyi ərazini bombalayıb. Hava hücumundan sonra əraziyə ordu birləşmələri göndərilib, onlar ərazidə digər terrorçuların olub-olmamasını və sığınacaqları yoxlayıblar.

İstinadlar Report