
İraqın şərqindəki Diyala əyalətində deputatın qohumlarına hücum nəticəsində azı 10 nəfər ölüb, 14 nəfər yaralanıb.
Məlumata görə, hücum Diyala vilayətinin Umraniya qəsəbəsi yaxınlığında baş verib. Naməlum şəxslər yol kənarına yerləşdirilmiş iki bomba ilə adı açıqlanmayan yerli deputatın qohumlarına hücum edib, snayper də atəş açıb.
Digər mətbu orqanlar yaralananların sayının 16 nəfər olduğunu xəbər veriblər.
Hadisə baş verən ərazidə komendant saatı tətbiq edilib. Təhlükəsizlik qüvvələri hücumun mümkün səbəblərini açıqlamayıb.