İraqın Səlahəddin əyalətində ABŞ hərbçilərinin yerləşdiyi Bələd hərbi baza raket atəşinə tutulub.

Bazaya iki ədəd “Katyuşa” raketinin atılması nəticəsində insan tələfatı üz verməyib. Hücumun kim tərəfindən törədildiyi bildirilmir.

Qeyd edək ki, iki gün əvvəl Ənbər əyalətində ABŞ hərbçilərinin yerləşdiyi Əynüləsəd hərbi baza da raket atəşinə tutulmuşdu.

İstinadlar Report