İraqın şərqində yerləşən Əl-Kut şəhərində xlor sızması nəticəsində təqribən 90 nəfərdə boğulma halı qeydə alınıb.

Bu barədə Səhiyyə Nazirliyinin nümayəndəsi Seyf əl-Bədrə istinadən “Al-Sumaria” telekanalı məlumat yayıb.

“Vasit əyalətinin Əl-Kut şəhərində sutəmizləyici stansiyada xlor sızması nəticəsində təqribən 90 nəfər zərər çəkib”, – deyə Əl-Bədr bildirib.

Onun sözlərinə görə, boğulma halları mülayimdən orta səviyyəyə qədər dəyişir.

İstinadlar Report