İraqda 2014-cü ildə 700 şiə əsgərinin öldürülməsində ittiham olunan 36 İŞİD-çi edam edilib Edam olunanların hamısı İraq vətəndaşlarıdır. Onlar Tikritdə qətliam törətməkdə günahlandırılırdılar.

Hökumət sözçüsü cinayətkarların bu gün səhər saatlarında edam edildiklərini bildirib.