­Türkiyə ordusunun iki əsgəri İraqın şimalında terrorçularla atışmada şəhid olub.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Türkiyənin Milli Müdafiə Nazirliyi atışma zamanı daha bir əsgərin yaralandığını bildirib. Qeyd edilir ki, o, xəstəxanaya yerləşdirilib.

Atışma zamanı bir terrorçu zərərsizləşdirilib.

Nazirlik şəhid olan əsgərlərin ailələrinə başsağlığı verib, yaralı hərbçiyə şəfa diləyib.