“İsrail ilə normallaşma istəyi bizə təqdim edilmədi. Fələstin məsələsi yalnız İraqın xarici deyil, daxili siyasətinin də bir hissəsidir”.

Bu sözləri İraqın xarici işlər naziri Fuad Hüseyn Rusiya səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

O, ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılma prosesindən danışıb. F. Hüseyn Fələstinin yanında olduqlarını vurğulayıb.

“Bu məsələni İraq xalqı da dəstəkləyir”, – deyə XİN rəhbəri vurğulayıb.

İstinadlar Qafqazinfo