İraq İranla ABŞ arasında birbaşa olmayan danışıqları dəstəkləyir.
Bunu İraqın xarici işlər naziri Fuad Hüseyn bildirib.
O deyib ki, rəsmi Bağdad bölgədə müharibə təhlükəsinin qarşısını almaq məqsədi daşıyan İran-ABŞ danışıqlarını alqışlayır.
Nazir danışıqlara alternativin olmadığını da vurğulayıb.