Türkiyə xüsusi təyinatlıları İraqın şimalında PKK-nın daha 3 terrorçusunu məhv edib.

Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlılar “Pençe-Kilit” antiterror əməliyyatı zonasında məhv ediliblər.

Nazirlik Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsini tamamilə aradan qaldırmaq əzmini vurğulayaraq, türk hərbçilərin əməliyyatlarının uğurlu və səmərəli olduğunu qeyd edib.

Türkiyə ordusu eyni zamanda PKK-YPG terror təşkilatının Suriya qanadının 5 silahlısını məhv edib. Qeyd edilir ki, silahlılar Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatı keçirilən ərazini atəşə tutub. Buna cavab olaraq terrorçuların olduğu yerə artilleriya zərbəsi endirilib.

“Terrorçuların yeri hər dəfə aşkar olunduqda onlar məhv ediləcək”, – Milli Müdafiə Nazirliyi vurğulayıb.

İstinadlar Report