İraqın təhlükəsizlik qüvvələri paytaxt Bağdadın mərkəzində nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bu barədə “SHAFAQ News” xəbər portalı məlumat yayıb.

Qeyd olunur ki, polis aksiya iştirakçılarının paytaxtın dövlət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zona”ya daxil olmasına mane olmağa çalışır.

Həmçinin bildirilir ki, qaz qumbaralarından istifadə edildikdən sonra güclü boğulma əlamətləri olan bir neçə nəfər yaxınlıqdakı tibb müəssisələrinə aparılıb.

İstinadlar Report