Mosulun azad edilməsi üçün hərbi əməliyyatların başlanmasından sonra İraq ordusu ilk dəfə Mosul şəhərinə girib

Bundan da əvvəl bazar ertəsi hərbi mənbələr şəhəri iki hissəyə bölən Dəclə çayının şərq sahilinə çıxmaq planları barədə xəbər vermişdi.
Bu barədə “Reuters” agentliyinə generalı Vissam Araci danışıb. O, terroçularla mübarizə məqsədilə ABŞ-n təlim keçdiyi İraq xüsusi təyinatlılarını təmsil edir.
Ötən həftə ordu hissələri və terrorçularla mübarizə təyinatlı bölmələr şəhərə hücumu dayandırmışdı. Bununla belə, oktyabrın 31-də hərbi hissələrin yenidən hərəkətə keçdiyi məlum olub.