İraqın Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Komissiyası “An-Nazah” BMT-nin ölkədəki Missiyasının əməkdaşlarına qarşı korrupsiya iddiaları ilə bağlı araşdırmaya başladığını elan edib.

Bu barədə komissiyanın feysbukdakı səhifəsində yayılmış məlumatda deyilir.

Qeyd edilir ki, federal komissiya Birləşmiş Millətlər Təşkilatının İraqdakı missiyası ilə bağlı Britaniya mətbuatında irəli sürülən korrupsiya iddialarını nəzərdən keçirmək və araşdırmaq üçün prosedurlara başlayıb.

Komissiyanın yaratdığı qrup Britaniyanın “The Guardian” qəzetində dərc olunmuş məqalədə yer alan və müəllifin Missiya işçilərinin İraq podratçılarından rüşvət almaqda iştirakını iddia etdiyi məlumatla bağlı yoxlama aparır.

İstinadlar Report