İraqın paytaxtı Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə ən hündür binalardan biri bayrağımızın rəngləri ilə işıqlandırılıb.

Bu haqda Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Azərbaycan Respublikasının milli bayramı 28 May – Müstəqillik Günü münasibətilə Bağdadın ən hündür binalarından birində dövlət bayrağımız nümayiş etdirilib.

Təşəkkürlər İraq!”, – paylaşımda qeyd olunub.

İstinadlar Qafqazinfo