
İraq lazım gələrsə, ABŞ və İran arasında təmaslarda vasitəçi kimi çıxış etməyə hazırdır.
Bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.
“Bizim həm Vaşinqton, həm də Tehranla yaxşı əlaqələrimiz var. Bizdən xahiş edilsə, vasitəçi kimi çıxış etməyə hazırıq. Bu, Bağdadın, bütün regionun və beynəlxalq təhlükəsizliyin maraqlarına uyğun olacaq”, – o deyib.
Hüseynin sözlərinə görə, ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası artıq bu barədə İraq hakimiyyətinə müraciət edib və Bağdad İraqla Amerika arasında son görüşü təşkil edib.