İraq qonşu İranla yanaşı, Çin, Tailand, Cənubi Koreya, Yaponiya, İtaliya və Sinqapur vətəndaşlarına viza verməyi dayandırmaq barədə qərar qəbul edib.

Bu barədə məlumatı İraqın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, qərar bu ölkələrin yalnız diplomatları və rəsmi nümayəndə heyətlərinə şamil edilməyəcək.

Xatırladaq ki, İraqda koronavirusa yoluxanların sayı 6 nəfərdir.

İstinadlar Report