İran hökuməti sosial şəbəkəyə tətbiq edilən filtrləri aradan qaldırmağı qarşısına məqsəd qoysa da, bu, tezliklə baş verməyəcək.
Bunu İranın rabitə və texnologiya naziri Səttar Haşimi bildirib.
Jurnalistlərin “YouTube” və “Telegram” kimi kanallara tətbiq edilən məhdudiyyətin aradan qaldırılacağı müddətlə bağlı sualına cavabında nazir deyib ki, bu istiqamətdə işlər görülür, ancaq konkret vaxt barədə fikir söyləyə bilmir.
Onun sözlərinə görə, birinci mərhələdə “WhatsApp” və “Google Play”dən filtrlər qaldırılacaq.