Bu gün İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Bu barədə məlumatı Azərbaycanın İrandakı səfiri Əli Əlizadə özünün rəsmi tviter hesabında paylaşıb.

İranın nümayəndə heyəti, həmçinin işğaldan azad olunan torpaqlara da səfər edəcək.

***

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə öz tvitter hesabında etdiyi daha bir paylaşımda bildirib ki, İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyətinin səfəri birbaşa Azərbaycanın Füzuli şəhərindən başlayır.