İran İnqilab Gözətçilərinin komandanı general Məhəmməd Əli Cəfəri: “İraqın Mosul cəbhəsində hər hansı bir iranlı hərbi qüvvə yoxdur. Çünki İraqdakı könüllü xalq gücləri çox güclü olduğundan İranın yardımına ehtiyac qalmır”

Iranlı gənclərin Suriyada terrorçulara qarşı mübarizədə iştirakını təsdiqləyən general Cəfəri Suriya yolunun onlara bağlı olduğunu, lakin bəzilərinin qeyri-rəsmi yollarla Suriyaya getməyə çalışdıqlarını bildirib.
“Suriyadakı qazilər müqəddəs türbələri müdafiəsində iştirak edirlər”, – deyə Cəfəri fikrini tamamlayıb.