“İran, Azərbaycan, Rusiya Şimal – Cənub dəhlizinin təməlini qoyaraq çox mühüm iş görüblər”.

Bunu “Report”a İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.

Səfirin fikrincə, hazırda üç ölkə arasındakı əməkdaşlıq uğurla inkişaf edir: “Ölkələrimiz arasındakı birgə fəaliyyətlər mütləq lazımi nəticə verəcək. Hazırda məsələn, dəmir yolları və avtomobil yolları sahəsində əməkdaşlığımızı genişləndiririk. Ümidvarıq ki, Rəşt – Astara dəmir yolunun tikintisini yaxın vaxtlarda başa çatdıra bilərik”.

İstinadlar Report