“İran həmişə Səudiyyə Ərəbistanı ilə danışıqların başlaması mövqeyindən çıxış edib”.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə aprelin 19-da Tehranla Ər-Riyad arasında danışıqlarla bağlı məlumatı şərh edərkən bildirib.

“Biz bu xəbəri KİV-də görmüşük. Əsas məsələ odur ki, İran Səudiyyə Ərəbistanı Krallığı ilə danışıqları həmişə alqışlayıb. Bu hər iki ölkə xalqlarının maraqlarına, eləcə də Avropa sülh və təhlükəsizlik üçün vacibdir”, – o deyib.

Qeyd edək ki, “Financial Times” iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında birbaşa dialoqun başladığı haqqında xəbər yaymışdı. Bildirilib ki, aprelin 9-da Bağdadda İraqın baş naziri Mustafa Kaziminin vasitəçiliyi ilə tərəflər arasında danışıq olub.

İstinadlar Report