
İranla Rusiya arasında 2021-ci ilin mart-dekabr aylarında ticarət dövriyyəsinin həcmi 41 faiz artaraq 1 milyard 656 milyon dollara çatıb.
Bu barədə İran Gömrük Komitəsinin sözçüsü Ruhullah Latifi məlumat verib.
Onun sözlərinə görə, son illərdə siyasi əlaqələrin inkişafı ilə yanaşı ticarət sahəsində də irəliləyişlər olub.