İranla Avropa İttifaqına üzv dövlətlər arasında ticarət dövriyyəsi ötən ilin uyğun dövrü ilə müqayisədə 76,46 faiz azalıb.

Məlumatı “Financial Tribune” yayıb.

Bildirilib ki, cari ilin ilk dörd atında Avropa İttifaqına üzv ölkələrlə İran arasında ticarət dövriyyəsi 1 milyard 610 milyon avro təşkil edib. Bununla da 2018-ci ilin uyğun dövrü ilə müqayisədə 76,46 faiz azalma müşahidə edilib.

Məlumata görə, hesabat dövründə İranın Malta, Kiprin yunan hissəsi və Bolqarıstanla ticarət dövriyyəsi uyğun olaraq 130,35 faiz, 70 faiz və 24,11 faiz olub. Ən az ticarət dövriyyəsi isə Yunanıstan (14,54 milyon avro), Lüksemburq (70 min 927 avro), İspaniya (68,24 milyon avro), Fransa (122,2 milyon avro) və İtaliya (264,37 milyon avro) ilə İran arasında reallaşıb. Başqa sözlə, İslam Respublikası ilə Yunanıstan arasında ticarət dövriyyəsi 97,82 faiz, Lüksemburqla 96,9 faiz, İspaniya ilə 93,13 faiz, Fransa ilə 87,85 faiz və İtaliya ilə isə 84,58 faizə enib.

İstinadlar Report