“İranın xarici siyasəti 2015-ci il nüvə razılaşması ilə məhdudlaşmayacaq”.

Bunu İranın yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisi bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

“Xarici siyasətimiz nüvə sazişi ilə məhdudlaşmayacaq. Dünya ilə qarşılıqlı əlaqəmiz olacaq”, – Rəisi prezident seçkilərindən sonra mətbuat üçün ilk açıqlamasında bildirib.