“İran Omanda ABŞ nümayəndələri ilə dolayı danışıqlar aparır, bu, davam edən bir prosesdir”.

Bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani məlumat verib.

“Hazırda danışıqlar aparılır. Bu danışıqlar birinci deyil və sonuncu da olmayacaq”, – deyə o qeyd edib.

Dolayı danışıqlar o deməkdir ki, iranlı və amerikalı diplomatlar vasitəçilər vasitəsilə – indiki halda Omanın nümayəndələri ilə ünsiyyət qururlar.

İstinadlar Report