Ukrayna Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini Rusiyaya mümkün raket tədarükü ilə əlaqədar çağırıb.

Belə ki, İranın Ukraynadakı müvəqqəti işlər vəkili Şəhriyar Amuzəgara Rusiyanın ballistik raketlərlə təmin edilməsi barədə məlumatın təsdiqlənəcəyi təqdirdə nəticələr barədə sərt xəbərdarlıq edilib. İranın Rusiyaya ballistik raketlər tədarük etməsi ilə bağlı məlumatlardan Ukrayna tərəfinin dərin narahatlığı ifadə edilib.

İstinadlar Report