İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində 4,2 bal gücündə zəlzələ olub.

Bu barədə Tehran Universitetinin Geolfizika İnstitutunun Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların mərkəzi 14 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində itki, xəsarət və dağıntıların olub, olmadığı barədə açıqlama verilməyib.

Qeyd edək ki, Əhvaz Xuzistan əyalətinin mərkəzi şəhəridir. Bu əyalət neftlə zəngindir. Bölgənin sakinləri əsasən ərəblərdir.

İstinadlar Report