ABŞ Prezidenti Donald Trampla İran Prezidenti Məsud Pezeşkianın görüşü İslam Respublikası hökumətinin gündəliyində yoxdur.

Bunu İranın birnci vitse-prezidenti Məhəmmədrza Arif Müdafiə Nazirliyinin təşkil etdiyi sərgidə jurnalistlərə açıqlamasında bildirib.

O, Donald Trampla Məsud Pezeşkian arasında görüş ehtimalı ilə bağlı bunları deyib:

“Hazırda İran İslam Respublikasının gündəmində belə bir məsələ yoxdur. Ancaq iki şəxs arasında görüş baş tuta bilər”.

İstinadlar Report