
İranın Bəndər-Abbas şəhərinin Şəhid Rəcai limanında yenidən yanğın başlayıb.
Bunu Hörmüzqan əyalətinin qubernatoru yanında fövqəladə hallar idarəsinin rəisi Mehrdad Həsənzadə deyib.
Limanın bir sıra konteynerləri bitum və kimyəvi maddələrin olması səbəbindən yenidən alovlanıb.
İran hökumətinin sözçüsü Fatemeh Mohacerani bildirib ki, aprelin 28-i partlayışda həlak olanlar üçün milli matəm günü elan edilib.