İranın 23 əyalətində havanın çirkli olması və enerjiyə qənaət edilməsi səbəbindən dövlət və özəl müəssisələrin fəaliyyəti müvəqqəti dayandırılıb.

Məlumatı “Tasnim” agentliyi yayıb.

Məlumata görə, İranda ancaq tibb müəssisələri fəaliyyət göstərəcək.

Bildirilib ki, Tehrandakı bir sıra universitetlərdə, o cümlədən Şərif, Əllamə Tabatabi, Əl-Zəhra, Tərbiət Müdərris, Aləm və Fərxanq, Peyam Nurda planlaşdırılan semestrin birinci imtahanı təxirə salınıb.

İstinadlar Report