Türkiyə öz təhlükəsizliyini Suriyanın suverenliyini pozaraq təmin edə bilməz.

Bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Türkiyənin öz təhlükəsizliyini təmin etməsinin tək yolunun Suriya sərhədinə hərbi qüvvələr yerləşdirməklə mümkün olduğunu qarşı tərəfə bildirdik”, – deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fəratın şərqinə əməliyyat təşkil ediləcəyi ilə bağlı mesajından sonra Zərifin belə bir açıqlama verməsi diqqət çəkib.

İstinadlar axar