İran xarici işlər nazirinin müavini İbrahim Rahimpur son günlər Ankara ilə Bağdad arasında yaşanan gərginliyi yoluna qoymaq üçün vasitəçilik etməyə hazır olduqlarını bildirib.

Rahimpur hələ ki Türkiyə və İraqdan belə bir təklif gəlmədiyini də qeyd edib: “Hələ ki təklif gəlməyib. Bəlkə də bunun üçün bir qədər vaxt lazımdır”.
Qeyd edək ki, dünən İranın ali dini liderinin baş məsləhətçisi Əli Əkbər Vəlayəti də oxşar təkliflə çıxış etmişdi.