İranın təbii qaz tədarükünü kəsməsi səbəbindən İraq elektrik enerjisi çatışmazlığı ilə üzləşib.

“Son 24 saat ərzində İran qazının İraqa tədarük həcminin azalması elektrik enerjisi istehsal edən qurğuların istehsal gücünün azalmasına, Bağdad və bir sıra şəhərlərdə elektrik enerjisi təchizatının saatlarının azalmasına səbəb olub”, – mənbə bildirib.

Hazırda İraq elektrik enerjisi və elektrik stansiyaları üçün yanacaq tədarükündən çox asılıdır. İran daxili çatışmazlıqlar və ya Bağdadın maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən vaxtaşırı ixracı azaldır və ya tamamilə dayandırır. Belə ki, İran Milli Qaz Şirkətinin rəhbəri Məcid Çeqininin bəyanatına görə, İraq tərəfinin İrana qaz tədarükünə görə borcu 1,6 milyard dollara yaxındır.

İstinadlar Report